“Çöl Qala” təqdim olundu - Fotolar

“Çöl Qala” təqdim olundu
Oxunma sayı: 956

İsveçdə yaşayan yazıçı-jurnalist Vahid Qazinin “Çöl Qala” adlı povestinin təqdimatı olub. May ayının 7-də İçərişəhərdə “Elman dayının dükanı” kimi tanınan kitab mağazasının önündə baş tutan “Qız Qalasında Çöl Qala” adlı təqdimatı V.Qazinin dostları keçiriblər.

Qafqazinfo” xəbər verir ki, Bakı Kitab Klubunun nəşr etdiyi kitabın redaktorları Hikmət Sabiroğlu və İmran Bədirxanlıdır. Kitabın arxa səhifəsində filosof Ağalar Məmmədovun, yazıçı Mehriban Vəzirin, ədəbi tənqidçilər İradə Musayeva və Tehran Əlişanoğlunun əsər və müəllif haqda rəyləri yer alıb.

“Sabahların sahibi bu günün azad gəncliyinə həsr olunan” povest müasir insan həyatının bir parçasına çevrilmiş sosial şəbəkələrdə yaşanan virtual həyatdan bəhs edir. İnsanları bura çəkən hansı istəkdir, qüvvədir? Asılılıq dərəcəsinə çatan bu vərdişin səbəbi nədir? İnsan real həyatdan yorulub bəlkə? Bəlkə bəşəriyyət gələcək virtual həyata beləcə “köçür” aramla? Otuz, əlli, yüz il sonranın insanı hansı dünyada yaşayacaq? Ola bilsin, biz o virtual aləmin pionerləriyik, xəbərimiz yoxdur?

Təqdimatda yazarın dostları İlham İsmayıl, Mehriban Vəzir, Qulu Məhərrəmli, İradə Musayeva, Gülnar Mənsimli, Vüsalə Məmmədova, İlqar Rəsul, Zöhrab Əmirxanlı çıxış etmiş, müəllif və əsər haqqında fikirlərini bildirmişlər.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi