Coli məşhur jurnal üçün kamera qarşısına keçdi - Qadın haqlarından yazdı

coli-meshur-jurnal-ucun-kamera-qarsisina-kecdi
Oxunma sayı: 3003

Dünya şöhrətli aktrisa Ancelina Coli “Harper's Bazaar” jurnalının noyabr nömrəsinin üz qabığının siması olub.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, 42 yaşlı aktrisanın fotoları çöl heyvanlarının olduğu Afrika peyzajının fonunda təsvir olunub.

Aktrisa jurnalın oxucularına Namibiyada qadın haqları ilə bağlı məktub da yazıb:

“Dünyadakı kasıb insanların əksəriyyətini qadınlar təşkil edir. Balıq ehtiyatları tükənərkən, vəhşi heyvanlar brakonerlər tərəfindən məhv edilərkən onların vəziyyəti ətraf mühit problemləri ilə daha da ağırlaşır...Bu cür şəraitdə ilk növbədə qadın təhsili və sağlamlığı əziyyət çəkir. Hər birimiz hər gün seçim edirik. Vəhşi heyvanların dərisindən hazırlanmış məhsulları almaqdan imtina etmək öz əlimizdədir. Biz onlara olan tələbatı dayandıra bilərik”.