Colidən ayrılan Bredin yeni marağı

coliden-ayrilan-bredin-yeni-maragi
Oxunma sayı: 1707

Aktyor Bred Pitt həmkarı Ancelina Colidən boşandıqdan sonra heykəltaraşlığa maraq salıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 53 yaşlı aktyor günlərini tanınmış heykəltaraş Tomas Hausiqonun Los-Ancelesdəki studiyasında keçirir.

"Bred indi davamlı olaraq heykəltaraşlıqla məşğul olur. Aktyorun yaxınları onun ürəkdən məşğul ola biləcəyi bir şey tapdığı üçün sevinirlər",-deyə People dərgisi yazır.

Aktyor uzun zamandır ki, incəsənətlə maraqlanır. Belə ki, Bred daha əvvəl dizayner Frenk Pollaro ilə birlikdə mebel kolleksiyası hazırlamışdı.