Colinin Putindən “uşaq” xahişi

colinin-putinden-usaq-xahisi
Oxunma sayı: 642

Məşhur Hollivud aktrisası Ancelina Coli prezident Vladimir Putindən amerikalılara Rusiyadan uşaqları övladlığa götürməyi qadağan edən qanunu ləğv etməyi xahiş edib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Putin aktrisanın xahişini cavablandıraraq ona ilk olaraq, Bred Pittlə Rusiyada evlənməyi təklif edib.

Amerikanın “National Enquirer” gizli mənbəsinə istinad edərək yaydığı xəbərdə bildilir ki, Putin Coli və Pittin Moskvanın mərkəzində və ya Sank-Peterburqda tanınmış saraylardan birində evlənəcəyi halda təklifə baxacağını deyib.