“Çolka”lı Obama

colkali-obama
Oxunma sayı: 711

ABŞ dövlət başçısı gələcək planları ilə bölüşüb. Həmin görüşdən məlum olub ki, o, hətta tezliklə xarici görüşünü belə dəyişə bilər.

Obama deyib ki, ola bilsin, xanımı Mişel Obamadan nümanə götürsün və özünə tel kəsdirsin.

Xatırladaq ki, Mişel Obama saç düzümünü Barak Obama ikinci müddətə prezident seçiləndən sonra dəyişdirib. Həmin vaxt xanım Obama yeniliyi ad günü münasibətilə əlaqələndirmişdi. Lakin sonradan məlum olmuşdu ki, o, xarici görünüşünü "orta yaş böhranı" ilə əlaqədar olaraq dəyişdiribmiş.

Hələ bir müddət öncə amerikalı lider öz qızları ilə mümkün dəyişikliklər haqda söhbət etmişdi: O, qızlarının tatu edəcəyi təqdirdə, özünə də eyni tatudan etdirəcəyini və bunu "YouTube"a yerləşdirəcəyini söz vermişdi. /anspress.com/