Con Kerri Azərbaycana gəlir

con-kerri-azerbaycana-gelir
Oxunma sayı: 2096


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, dövlət katibi səfər zamanı Azərbaycan və Gürcüstanda olacaq. 

Con Kerrinin Ermənistanı ziyarət edib-etməyəcəyi barədə isə hələlik ABŞ Dövlət Departamentindən heç bir açıqlama verilməyib. Rəsmi Tiflisdən isə bildiriblər ki, ABŞ rəsmisi Cənubi Qafqaz səfəri zamanı Gürcüstana da baş çəkəcək. 

Səfərin yaxın günlərdə baş tutacağı gözlənilir. Səfərin hansı məqsəd daşıdığı barəsində hələ heç bir məlumat verilmir.