Conni Depp rusiyalı rəqqasə ilə evlənməyə hazırlaşır - Fotolar

conni-depp-rusiyali-reqqase-ile-evlenmeye-hazirlasir
Oxunma sayı: 3500

Hollivud ulduzu Conni Depp sankt-peterburqlu rəqqasə-xoreoqraf  Polina Qlenlə evlənməyə hazırlaşır.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, cütlük ötən il Los-Ancelesdə gecələrin birində tanış olub.

Qazaxıstanda anadan olan Polina daha sonra ailəsi ilə birlikdə Sankt-Peterburqa köçüb. O, Sankt-Peterburq Politexnik Universitetini bitirib. İki il əvvəl ABŞ-a köçüb. Polina Conninin Los-Ancelesdəki dəbdəbəli malikanəsində yaşayır.

Qeyd edək ki, bu, Deppin aktrisa Ember Herdlə boşandıqdan sonra ilk ciddi eşq macərasıdır. Ember 4 illik münasibətdən sonra 2016-cı ildə Connini zorakılıqda ittiham edərək aktyordan boşanıb.