Conson Makronla görüşdə ayağını masanın üzərinə qoydu - Video

conson-makronla-gorusde-ayagini-masanin-uzerine-qoydu
Oxunma sayı: 6350

Böyük Britaniyanın Baş Naziri Boris Consonla Fransa Prezidenti Emmanuel Makronun görüşündə maraqlı anlar yaşanıb.

"Qafqazinfo" xəbər verir ki, Yelisey sarayında baş tutan görüşdə Conson ayağını masanın üzərinə qoyub.

Belə ki, "Sky News"un müxbiri Tom Raynerin şəxsi tvitter hesabında yazdığına görə, görüş zamanı Makron Baş Nazirinə əgər istəyərsə ortaya qoyulan masadan ayaq üçün skamya kimi istifadə edə biləcəyini deyib. Bundan sonra Conson zarafatca bir ayağını qaldıraraq masanın üzərinə qoyub.