Corabında 67 dərman keçirmək istədi

corabinda-67-derman-kecirmek-istedi
Oxunma sayı: 958

Azərbaycandan Rusiyaya qadağan olunmuş dərman preparatları aparmağa cəhd edən şəxs saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Xaçmaz Gömrük İdarəsinin “Şirvanovka” gömrük postunda Azərbaycan Rusiya gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı, vətəndaşın ayağındakı corablarda 6 konvalyut (60 kapsul) “Tramadol 50 mq” və 1 konvalyut (7 həb) “Tramadol HCI 150 mq” markalı dərman preparatları aşkar olunub.

Xatırladaq ki, “Tramadol” Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd