Coratda “Makarov” tapıldı

coratda-makarov-tapildi
Oxunma sayı: 1525

Penitensiar xidmətinin Baş idarəsinin əməliyyat aparatının, Daxili İşlər Nazirliyinin Baş Cinayət-axtarış İdarəsinin və Sumqayıt şəhər Baş Polis İdarəsinin əməkdaşlarının birgə əməliyyat keçirib.

"Qafqazinfo" quruma istinadən xəbər verir ki, nəticədə Penitensiar xidmətinin Baş idarəsinin əməliyyat aparatının, Daxili İşlər Nazirliyinin Baş Cinayət-axtarış İdarəsinin və Sumqayıt şəhər Baş Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Qurbanov İbrahim Fəxri oğlu tərəfindən Corat qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd Makarov tipli PM markalı tapança aşkar edilərək götürülüb.

Fakt üzrə Sumqayıt şəhər Baş Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən araşdırma aparılır.