Coratda məscid zəbt edildi

coratda-mescid-zebt-edildi
Oxunma sayı: 642

Sumqayıtın Corat qəsəbəsində gərginlik yaranıb. “Qafqazinfo” xəbər verir ki, Musavat.com-un məlumatına görə, qəsəbə məscidi sələfilər tərəfindən zəbt olunub. Şiə məscidini ələ keçirən 300 nəfərlik qrup camaatı ibadətə buraxmır. Məscidin ətrafına polis qüvvələri cəlb edilib. Qəsəbəyə Daxili Qoşun hissələrinin gətirildiyi də Coratdan gələn xəbərlər arasındadır.

Xatırladaq ki, Sumqayıtda dini zəmində qarşıdurmanın yarana biləcəyi ilə bağlı xəbərdarlıq hələ bir neçə saat əvvəl edilmişdi. Buna səbəb kimi Sumqayıt Cümə məscidində bir neçə gündür ki, qeyri-ənənəvi (vəhhabi-sələfi) İslam cərəyana mənsub dindarlarla ənənəvi (cəfəri-şiə) dindarlar arasında soyuq yanaşılması göstərilirdi. Məlumata görə, son 3-4 güdə Sumqayıt Cümə məscidinə kütləvi olaraq - 200-300 nəfər vəhhabi-sələfi dindar gələrək sübh, günorta və axşam namazlarını camaat şəklində qılır. Yerli dindarlar isə bildiriblər ki, daha əvvəllər Sumqayıt Cümə məscidinə, kütləvi şəkildə bu cür gəlməyən qeyri-ənənəvi cərəyanın təmsilçilərinin birdən- birə 200-300 nəfər sayla gəlməsi və nümayişkaranə surətdə ibadət etməsi süni, yəni düşünülmüş təxribat cəhdi kimi qiymətləndirilir. Çünki məscidə daim gələn dindarlar bildiriblər ki, vəhhabilər, hər dəfə ənənəvi məscid camaatından 5-10 dəqiqə əvvəl gələrək camaat namazı təşkil edirlər.