Corc Buş xəstəxanaya yerləşdirildi

corc-bus-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 2249

ABŞ-nın sabiq prezidenti böyük Corc Buş Texas ştatının Hyuston şəhərində xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ailənin rəsmi nümayəndəsi Cim Makqrat tvitterdə bildirib. Məlumata əsasən, 93 yaşlı Buşun qanında infeksiya aşkarlanıb. Onun vəziyyətinin yaxşılaşmağa doğru getdiyi vurğulanıb.

Buş 1989-93-cü illərdə ABŞ prezidenti olub.

Xatırladaq ki, aprelin 17-də C.Buşun həyat yoldaşı Barbara 92 yaşında vəfat edib.