Corc Kluni qəzaya düşdü, xəstəxanaya yerləşdirildi

corc-kluni-qezaya-dusdu-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 1778

Hollivud aktyoru Corc Kluni qəzaya düşüb.

“Qafqazinfo” “The Sun”un yaydığı məlumata istinadən xəbər verir ki, aktyor İtaliyanın Sardiniya adasında qəzaya uğrayıb. Belə ki, 57 yaşlı Kluni motosikleti ilə çəkilişə gedərkən anidən qarşısına “Mercedes” çıxıb. Onun başı maşının şüşəsinə dəyib. Xəstəxanaya yerləşdirilən aktyorun əlləri, diz və bud-çanaq sümükləri zədələnib.

Aysel Kərimova