“Corc Soros xalqları parçalamaqla məşğuldur” - Ərdoğan

corc-soros-xalqlari-parcalamaqla-mesguldur
Oxunma sayı: 1624

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı milyarder Corc Sorosu 2013-cü ildə “Gezi hərəkatı”nı maliyyələşdirməkdə ittiham edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bildirilir ki, Ərdoğan “Bu insanın çoxlu pulu var və ondan xalqları parçalamaq üçün istifadə edir”, - deyə qeyd edib.

Onun sözlərinə görə, Türkiyədə müxalifət Sorosun maraqlarına xidmət edir.