Corc Vaşinqtonun “Konstitusiya”sı hərraca çıxarılır

corc-vasinqtonun-konstitusiyasi-herraca-cixarilir
Oxunma sayı: 635

“Azerimuslims.com” Türkiyənin “Zaman” qəzetinə istinadən bildirir ki, Birləşmiş Ştatların ilk prezidenti Corc Vaşinqtonun “Konstitusiya” kitabı hərracda yeni sahibini tapacaq. Xəbərdə iyun ayının 22-də Xristi” auksionunda hərraca çıxarılacaq kitabın başlanğıc satış qiymətinin 2-3 milyon dollar olduğu qeyd olunub.

Habelə xəbərdə 223 yaşı olan kitabın hazırda Pensilvaniya ştatında yaşayan işadamlarının birinin şəxsi kolleksiyasına aid olduğu, kitabın səhifələrinin kənarında Vaşinqtonun əlyazması qeydlərinin yer aldığı bildirilib.

Məlumat üçün deyək ki, Birləşmiş Ştatların müstəqillik uğrunda apardığı müharibədə Baş komandan olan Corc Vaşinqton iki dəfə ardıcıl ölkə prezidenti seçilmişdi.