Çörəyini daşdan çıxaran usta - Video

coreyini-dasdan-cixaran-usta
Oxunma sayı: 1844

Şəki rayonunun Kiş kənd sakini Mahmud Şirinov sözün əsl mənasında çörəyini daşdan çıxarır.

“Qafqazinfo” “Xəzər TV”yə istinadən xəbər verir ki, o, Azərbaycanda ən qədim sənət növlərindən sayılan daşçılıqla məşğul olur. Tapdığı daşları əvvəlcə cəkiclərlə parçalayır, sonra isə kəsirək lazımi formalara salır.

Mahmud usta bu peşədə ən cətini daşları yaxşı tanımaq olduğunu deyir.

O deyir ki, bu işə coxlu fiziki güc tələb edildiyindən və daş qırıntıları təhlükəli olduğundan bu sahə ilə maraqlananlar xeyli azalıb.