Çovdarov üçün 15 il həbs...

covdarov-ucun-15-il-hebs
Oxunma sayı: 635

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Qafqazinfo” xəbər verir ki, prokuror A.Çovdarovun 15 il, Səlim Məmmədovun 12 il, O.Osmanovun 9 il, Akif Əliyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.