Çovdarovdan general rütbəsi alınır - Prezidentə müraciət

covdarovdan-general-rutbesi-alinir
Oxunma sayı: 5737

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun general rütbəsinin alınması ilə bağlı təqdimat verilib.

"Qafqazinfo" xəbər verir ki, məhkəmə Çovdarovla bağlı ölkə başçısına, digər 3 şəxsə görə isə (Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanov) rütbəsinin alınması üçün müvafiq icra hakimiyyətinə təqdimat göndərilib.

DTX-nın 3 milyon manatlıq mülki iddiası təmin edilib.

Təqsirləndirilənlərin 33,5 milyon manatlıq əmlakının hamısı yox, əksər hissəsi müsadirə edilib.