Çovdarovun işində vəkillər danışdı

covdarovun-isinde-vekiller-danisdi
Oxunma sayı: 658

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

“Qafqazinfo” xəbər verir ki, prosesdə zərərçəkmiş "Bakı Metropoliten”in sabiq rəhbəri Tağı Əhmədovun və cinayət işində zərərçəkmişlərin hüquqi nümayəndələri çıxış edib.

Vəkil Cavid Rzazadə bildirib ki, onlar mülki iddiaların təmin edilməsini və təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsini istəyirlər. 

Vəkilin sözlərinə görə, "Vosmoy bazar" epizodu üzrə zərərçəkmiş Cəfər Səfərov təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsini tələb etməyib: "Mülki iddiamız təmin edilsin".

Daha sonra məhkəmə təqsirləndirilən şəxslərin vəkillərinə çıxış üçün vaxt söz verib. Lakin müdafiəçilər çıxışa hazır olmadıqlarını bildirib və məhkəmədən vaxt tələb ediblər. 

Proses avqustun 28-dək təxirə salınıb.