Çovdarovun vəziyyəti kritik həddə

Çovdarovun vəziyyəti kritik həddə
Oxunma sayı: 3467

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarov vəkili ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə A.Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib. Vəkil bildirib ki, görüş zamanı A.Çovdarovun səhhəti və saxlanma şəraiti ilə maraqlanıb: "Akif Çovdarovun səhhəti kritik həddədir. Onun ürəyi çox pis vəziyyətdədir və həyati təhlükəsi ola bilər. Hazırda o, 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində saxlanılır, həkimlər nəzarət edir. Vəziyyəti pis olmasına baxmayaraq, onun Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülmək fikri yoxdur".

Qeyd edək ki, ötən il oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov 12 il, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi