Çövkən yarışlarının püşkü atıldı - Fotolar

covken-yarislarinin-pusku-atildi
Oxunma sayı: 1565

İyunun 5-dən 9-na qədər Çövkən Milli Atüstü Oyunu üzrə “100 İllik Yubiley Kuboku” turniri keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, turnirdə ümumilikdə 8 komanda iştirak edəcək. 

Bu gün turnirdən öncə püşkatma mərasimi keçirilib. Püşkatmada “Sərhədçi”, “Polad”, “Köhlən”, “Murad”, “Buta Qolden” və “Omar” komandaları ilə yanaşı Ağstafa və Ağcəbədinin çövkən komandaları iştirak edib. 

Püşk atılıb və komandalar rəqiblərini tanıyıb. 

1/8 final
“Köhlən” – “Omar”
“Ağstafa” – “Polad”
“Buta Qolden” – “Murad”
“Sərhədçi” – “Ağcəbədi”

Elsevər Məmmədov

Fotolar: Pərvin Zeynal