“Çox danışdım, gördüm elə deyinən mənəm”

cox-danisdim-gordum-ele-deyinen-menem
Oxunma sayı: 1671

“Danışmaqdan yorulmuşam, indi danışmayanlar danışsın. 30 ildir səhnədəyəm. Çox danışdım, gördüm elə deyinən mənəm. Tək əldən səs çıxmır. Hamı, sənətdən xəbərdarlar söz deməlidir. Birinin deməsi yetmir. Deyib, sözü uzatmaq da istəmirəm. Ucundan tutarsan, ucuzluğa gedər. Biz sənət göstərək. Əsl sənətin varsa, özünü göstərəcək. Bataqlıqdakı bir gül də gül hesab olunur”. 

Bu sözləri “Qafqazinfo”ya Xalq artisti Zülfiyyə Xanbabayeva fenomenə çevrilən bayağı musiqilərdən danışarkən qeyd edib. Məşhur müğənni tənqid etməkdən yorulduğunu söyləyib. 

Bundan əlavə, sənətçi efirlərə gec-gec çıxdığını, yaradıcı insanların tənbəl olduğunu söyləyib:

“Yaradıcı, istedadı olan insanlarda tənbəllik var. Mənə də deyirlər gec-gec çıxırsan. Mən artıq beləyəm. İşləyən vaxtlarda ayda bir mahnı hazırlaya bilmirdim. Gərək hər yerə burnumu soxam, içinə girəm, maraqlanam, özüm nəzarət edəm. Bu, kapriz yox, məsuliyyətdir”.

Həmçinin xalq artisti həmkarı Aygün Kazımova kimi sevgililər gününü keçirmədiyini qeyd edib: “Sevgililər günü ilə bağlı planım yoxdur. Çox sevgi dolu bir qadınam. Bilirsiz, bizim sevgililərə həsr olunmuş günümüz var. Əsl sevgi, məhəbbət, eşq, duyğu və hisslər odur. İki insan bir-birindən ayrı yaşaya bilmir. Hellouven, Valentin bizim günlərimiz deyil. Dünya bu günləri qəbul edib. Bu gün üçün böyük bir planım yoxdur. Olsa da, mənə etsinlər”.