“Çox gözləməyəcəksiniz” - Karyakin

“Çox gözləməyəcəksiniz”
Oxunma sayı: 18

Dünya şöhrətli şahmatçı Sergey Karyakin qısa zaman kəsiyində dünya şahmat aləmini 2 dəfə təəccübləndirib.

“Qafqazinfo” xəbər verir ki, "Shamkir Chess 2017"superturnirinin qatılan beynəlxalq qrossmeyster dünya şahmat tacı uğrunda Maqnus Karlsenə qarşı görüşdə hesabda önə çıxsa da, az sonra bu mübarizədən məğlub ayrılıb. Karyakindən 3-cü möcüzəni çox gözləməliyik? O, Şəmkirdəki turnirdə açılış mərasimindən sonra mətbuat konfransında bu sualı cavablayıb:

"Əslində, həmin partiyaları xatırlayarkən hansısa yanlışlığa yol verdiyimi düşünmürəm. Norveçli qrossmeysterə qarşı kifayət qədər güclü oyunlar keçirdim. Sadəcə, son anda bu gərgin matçdan o qalib ayrıldı. Lakin siz 3-cü möcüzəni arzulayırsınızsa, təntənəli surətdə söz verirəm: Çox gözləməyəcəksiniz".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi