“Çox məsuliyyətsiz adamam”

cox-mesuliyyetsiz-adamam
Oxunma sayı: 1314


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor məsuliyyətsiz, hər işi yarımçıq qoyan insan olduğunu bildirib:

"Jurnalistika fakültəsində oxuyurdum. Bu işə marağım olmadığı üçün təhsilimi yarımçıq qoydum. Hər zaman doğulduğum yeri tərk edib gedəcəyimi bilirdim. Yaşanacaq çox şey var idi və mən hamısını görmək, hiss etmək istəyirdim. Mənim doğulduğum yerdə aktyorluq əhəmiyyətli iş kimi qəbul edilmirdi. Mən də “Fürsət mənə gəlməzsə, mən ona gedərəm” dedim və getdim. Dəyişikliyi, tərk etməyi sevirəm, məsuliyyətsiz insanam. Özümü dəyişdirmək məcburiyyətində olduğumu bilirdim və Anjelina Coli ilə birlikdə oynadığım “Mr. & Mrs. Smith” filmiylə həyatımı dəyişdirdim”.

Aktyor daha sonra evlilik həyatından və uşaqlarından danışıb:

“Hər işi yarımçıq qoyub gedən adamam. Ancelina həyatı bu qədər yarımçıq yaşayan biriylə daha əvvəl tanış olmadığını deyir. Çox maraqlı və möhkəm evliliyimiz, üç bioloji, üç övladlıq olmaqla altı uşağımız var. Bu böyük qarışıqlıq yaradır. Evimiz uşaq səslərindən inildəyir. Lakin hamısı evdən gedəndə darıxıram. Səhərlər evdəki hər kəsdən əvvəl oyanıram. Sonra uşaqlar üçün səhər yeməyi hazırlayıram”.