“Çox pul qazanıram” - Fotosessiya

cox-pul-qazaniram-fotosessiya
Oxunma sayı: 633

Bir aralar klip çəkdirib, mahnı oxumaqla gündəmə gələn oriyental rəqqasə Aytən bu dəfə verdiyi açıqlama ilə diqqəti üzərinə çəkib.

“Qafqazinfo”ya açıqlamasında “oriyental Aytən” Azərbaycanda görünüşcə ondan gözəl rəqqasə olmadığını iddia edib: “Oriyental oynamağım öz yerində. Amma görünüşcə də məndən boylu-buxunlu, bədəni gözəl rəqqasə yoxdur. Hər şey məndə. Yəni bunu tək özüm demirəm, hamı deyir. Həm də mənim işimə tələbat daha çoxdur” .

Aytən mahnı oxumağından da danışıb: “Mən rəqqasəyəm. Bildiyiniz kimi, mahnı da oxuyuram. Bu isə Azərbaycanda yenilikdir. Həm oxuyuram, həm də oynayıram. Bir sıra yeni mahnılar da yazdırmışam, yaxınlarda üzə çıxacaq. Onu da deyim ki, mən öz ifaçılığımla və rəqqasəliyimlə bir çox şou-biznes ulduzlarından artıq pul qazanıram”.

Aynur B.