“Çox qəzəbliyəm, çünki...” - “Qarabağ”ın futbolçusu

“Çox qəzəbliyəm, çünki...”
Oxunma sayı: 2575

Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Sportinq”lə qarşılaşacaq “Qarabağ” ciddi itkiylə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, komanda bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçevin xidmətindən məhrum olub.

Millətlər Liqasında Norveçlə oyundan öncə isinmə hərəkətlərini edən zaman zədə alan Slavçevin durmuna tam aydınlıq gəlib. O, iki həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə futbolçu özü də danışıb: “Bud əzələmdə ikinci dərəcəli gərginlik olduğu təsbit edildi. Hətta bu, daha da pis ola bilərdi. Əgər əzələmdə yırtıq aşkarlansaydı, vəziyyət ağır olacaqdı".

Slavçev sentyabrın 20-də "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində səfərdə "Sportinq"ə qarşı keçirəcəyi oyunda iştirak etməyəcəyini və buna çox əsəbləşdiyini deyib:

"Bu zədəyə görə iki həftə oynamayacam. Çox qəzəbliyəm, çünki "Sportinq"lə qarşılaşmada komandama kömək edə bilməyəcəm".

Qeyd edək ki, Simeon Slavçev yay transfer dönəmində "Sportinq"dən "Qarabağ"a keçib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi