“Çox sadə şəkildə: öncə Amerika” - Tramp

cox-sade-sekilde-once-amerika
Oxunma sayı: 1782

ABŞ prezidenti Donald Tramp ərəb jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı növbəti dəfə danışıb.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, o, cinayətlə bağlı Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın məlumatının ola biləcəyini, lakin həqiqətlərin əsla bilinməmə ehtimalının olduğunu söyləyib.

Tramp ABŞ kəşfiyyatının istintaqa davam etdiyini də vurğulayıb.

S.Ərəbistanına sanksiyalardan da bəhs edən ABŞ prezidenti vurğulayıb ki, hazırda 17 səudiyyəli məmura sanksiya tətbiq edildiyini xatırladıb

O, əlavə edib ki, ABŞ Səudiyyə Ərəbistanı ilə regiondakı mənfəətlərini qorumaq üçün müttəfiqliyini davam etdirəcək:

“Çox sadə şəkildə: öncə Amerika”.