“Çoxsaylı insan tələfatı xəbəri...” - Əliyevdən başsağlığı

coxsayli-insan-telefati-xeberi
Oxunma sayı: 3819

Prezident İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Migel Dias-Kanel Bermudesə başsağlığı məktubu ünvanlayıb. 

"Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".