“Çto? Qde? Koqda?” Bakı birinciliyinin qalibləri bəlli olub - - Fotolar

cto-qde-koqda-baki-birinciliyinin-qalibleri-belli-olub-
Oxunma sayı: 1386

                                

"Böyük İpək Yolu” Beynəlxalq Gənclər  İttifaqının yaradılmasınin bir illiyi ilə bağlı  keçirilən yarşımaya gənclər arasından seçilmiş  150 nəfər intellektual gənc 25 komandada birləşərək  qatılıb. Turnirin aparıcısı “Çto? Qde? Koqda? oyununun nufuzlu “Büllur Bayquş” mükafatının sahibi Andrey Supramoviç olub.   Yarışmanın Appelyasiya üzrə münsifləri heyətinə Moskva Elitar Klubunun “ulduzu” Anastasiya Şutova rəhbərlik edib.  
Açılış mərasimində çıxış edən Milli Məclisin deputatı, “Böyük İpək Yolu” BGT-nin sədri Fuad Muradov tədbirin intellektual gənclər üçün öz biliklərini nümayiş etdirmək üçün bir fürsət oldğunu deyib. 
Yarışma çərçivəsində ən yaxşı 16 komanda üçün  breyn-rinq keçirilib.  Breyn-rinqi “Büllur bayquş” mükfatını almış Rövşən Əsgərov aparıb. Yarışmada səsləndirilmiş  altmış sualdan ibarət” sual paketi”ni “Çto? Qde? Koqda? proqramının tanınmış ukraynalı redaktoru Konstantin Naumenko hazırlayıb. 
Maraqla keçən yarışmada Bakının gənclərdən ibarət üç komandası fərqlənib. Qazandıqları ballara əsasən birinci yeri “PVS”, ikinci yeri “Everest”, üçüncü yeri KiPL komandası tutub.