“Çto? Qde? Koqda?” Unibankda

cto-qde-koqda-unibankda-
Oxunma sayı: 697

“Qafqazinfo”nun məlumatına görə, 40 komandanın qatıldığı yarışmada komandalar 60 sualı cavablandırıblar. İştirakçı komandalardan 31-i Unibankın əməkdaşları, 9-u isə partnyor şirkətlərin nümayəndələrindən ibarət olub. İntellektual yarışmaya Unbankın baş ofisi ilə yanaşı, bütün paytaxt və bölgə filiallarının əməkdaşları qatılıb. Partnyor şirkətlərdən isə Embawood, DNS, Arçelik, Ideal, Romantic, World Telecom, Business Insight, Atəşgah və Milli Kart öz komandaları ilə yarışmada iştirak ediblər. Oyunun suallarını, bu məhşur oyunun baş prodüsseri olan Balaş Qasımovun komandası hazırlayıb.
Unibankın əməkdaşları ilə tərəfdaşlarını bir araya gətirən yarışmada, həyəcanlı anlar yaşanıb. Əsas məqsədin bilikləri yoxlamaq deyil, əməkdaşlı-tərəfdaşlı Unibank ailəsinə intellektli-əyləncəli bir gün yaşatmaq olduğu hədəflənən tədbirin sonunda, sualları düzgün cavablandıran 3 komanda qalib seçilib. Xal hesabına görə, Unibankın ən fəal tərəfdaşlarından olan “Romantic” geyim mağazaları şəbəkəsinin komandası 1-ci yeri tutub. Üçlüyün digər qalibləri isə Unibankın əməkdaşları olub. «Maliyyə” komandası 2-ci, “Marketinq” komandası isə 3-cü yeri qazanıblar. Qaliblər oyunun kubokları və digər hədiyyələrlə mükafatlandırılıblar.