Cüdoçularımız Meksikadan "gümüş"lə dönür

Cüdoçularımız Meksikadan
Oxunma sayı: 28

Meksikanın Kankun şəhərində keçirilən Qran-pri turniri başa çatıb. “Qafqazinfo” xəbər verir ki, yarışda Azərbaycan millisinin qazancı bir gümüş medal olub.

Yığmamıza mükafatı Tural Səfquliyev qazandırıb. 90 kq çəki dərəcəsində yarışan təmsilçimiz Çili, Rumıniya və ABŞ idmançılarına qalib gələrək finala çıxıb. Beynəlxalq turnirin həlledici qarşılaşmasında İspaniya cüdoçusu Nikoloz Şerazadaşviliyə məğlub olan Səfquliyev Qran-pridə 2-ci yeri tutub.
 
Digər iki cüdoçumuz - Rüfət İsmayılov (90 kq) və Cəlil Şükürov (100 kq) ilk görüşdə rəqiblərinə uduzublar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi