Cüdoçumuz qızıl qazandı

cudocumuz-qizil-qazandi
Oxunma sayı: 655

“Qafqazinfo” xəbər verir ki, yarışa 5 idmançı ilə yollanan Azərbaycan millisinin 3 üzvü tatamiyə çıxıb.

Onlardan ən yaxşı nəticəni 66 kq çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə göstərib. Həmyerlimiz keçirdiyi hər 3 döyüşdə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Şıxəlizadədən fərqli olaraq isə Orxan Səfərov və Əli Rzayev (hər ikisi 60 kq) ilk döyüşündə uduzaraq, mübarizəni vaxtından əvvəl dayandırıblar.
Qeyd edək ki, cüdoçularımızdan bu gün Afiq Sultanlı (73 kq) və Tural Safquliyev (81 kq) mübarizəyə qoşulacaq.