Cüdoçumuz finalda - Fotolar+Yenilənib

cudocumuz-finalda
Oxunma sayı: 4902

Bakıda davam edən cüdo üzrə dünya çempionatında bu gün fərdi mübarizəyə yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, yeddinci yarış günündə Azərbaycanın iki cüdoçusu - Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) tatami üzərinə çıxacaq. Hər iki idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Onlar ilk görüşlərini müvafiq olaraq, belaruslu Vladislav Terpitski və litvalı Sandra Yablonskiteyə qarşı keçirəcəklər.

İlk görüşlər saat 10:00-da start götürəcək. Saat 16:00-dan etibarən isə medal qarşılaşmaları başlanacaq.

Qeyd edək ki, geridə qalan 6 yarış günündə Azərbaycan idmançılarından Aişə Qurbanlı (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Zelim Kotsoyev (hər ikisi 100 kq) çıxışlarını başa vurublar. Onlardan yalnız Heydərov dünya çempionatının bürünc medalını qazanıb. 

Dünya çempionatına sentybarın 27-də keçiriləcək qarışıq komanda yarışları ilə yekun vurulacaq.

***

Kindzerska ilk görüşündə qələbə qazanıb.

***

Uşanqi Kokauri də ilk görüşündə qalib gəldi. Onun növbəti rəqibi Masej Sarnaçki olacaq.

Kindzerska isə puerto-rikolu Melisso Mojika ilə qarşılaşacaq.

***

Uşanqi Kokauri ikinci görüşündə də qələbə qazandı. O, ipponla qalib gəldi.

***

Uşanqi Kokauri 1/4 finalda çexiyalı dünya çempionu Krpalikə qalib gələrək yarımfinala adladı.

***

Kindzerska ikinci görüşündə Melisso Mojika ilə qarşılaşmada uduzub. 

***

Kakuri yarımfinalda Bekmurod Oltiboyevlə (Özbəkistan) qarşılaşacaq.

***

Kindzerska da təsəlliverici görüşlərə qatılıb və uduzub.

***

İrina Kindzerska təsəlliverici görüşdə türkiyəli Sayıt Kayaya uduzub.

***

Uşanqi Kokauri özbək rəqibinə 10 saniyəyə ipponla qalib gəlib.

Elsevər Məmmədov

Fotolar: Pərvin Zeynal