“Çukur” yenə söyüşə görə cəzalandı

cukur-yene-soyuse-gore-cezalandi
Oxunma sayı: 2275

Türkiyə Radio və Televiziya Şurası (RTÜK) Show TV-də yayımlanan “Çukur” serialını cəzalandırıb. “Qafqazinfo” xəbər verir ki, şuranın qərarına əsasən, efirdə yayımlanan söyüşlərin kanalın rəsmi saytında yerləşdirilməsinə görə 1 milyon, öpüşmə səhnələrinin çox olması səbəbindən isə 260 min TL pul cəzası verilib. 

RTÜK-ün yaydığı açıqlamada deyilir: “Serialda söyüş səhnələri efirdə verilməyib, lakin həmin kadrlar Show TV-nin rəsmi saytında yerləşdirilib və qeyri-etik ifadələr açıq şəkildə yer alıb. Bundan əlavə, efirdə söyüş zamanı səsin kəsilməsi düzgün həyata keçirilməyib. Vulqar ifadələr aktyorun ağız hərəkətlərindən izləyicilər tərəfindən başa düşülür”.