“Çukur”a görə soyadlarından imtina etdilər - Fotolar

cukura-gore-soyadlarindan-imtina-etdiler
Oxunma sayı: 2211

Türkiyədə yaşayan ailə məşhur “Çukur” serialından təsirlənərək soyadını dəyişib. “Qafqazinfo” xəbər verir ki, tokatlı ailənin başçısı Mehmet Verir Show TV-də yayımlanan ekran işini bəyəndiyini, buna görə “Verir” soyadını dəyişdirərək “Koçovalı” etdiyini qeyd edib. 

56 yaşlı iki övlad atası layihənin baş qəhrəmanı Yamaçın adını gələcəkdə dünyaya gələcək nəvəsinə qoyacağını da qeyd edib: “Oğlum bu yaxınlarda ata olacaq. Adını da Yamaç qoyacaq. Nəvəmi hər kəsə Yamaç Koçovalı olaraq təqdim edəcəyik”.