“Çukur”dan transfer oldu

cukurdan-transfer-oldu
Oxunma sayı: 2488

TRT-nin məşhur serialı olan  “Payitaht Abdülhamid” aktyor transferləri ilə gündəmdən düşmür. “Qafqazinfo” xəbər verir ki, “Es Film” şirkəti tərəfindən çəkilən layihəyə fenomenə çevrilən “Çukur”un “Muhittin”i də daxil edilib. 

Aktyor Nebil Sayın bir müdət əvvəl tarixi seriala transfer edilib. O, ekran işində saatlı bomba ilə sui-qəsd edərək tarixə düşən Edward Jorrisin köməkçisi Samueli canlandıracaq. 

Qeyd edək ki, “Payitaht Abdülhamid”ə Gürkan Uygun, Güven Kıraç, Hakan Yufkacıgil, Sedef Avcı ve Başak Daşman kimi tanınmışlar da cəlb edilib.