Cümə məscidi əsaslı təmir edilir

cume-mescidi-esasli-temir-edilir
Oxunma sayı: 1269



“Qafqazinfo” xəbər verir ki, Rayon icra hakimiyyətinin məlumatına görə, Buzovna qəsəbəsindəki Mədəniyyət evi istifadəyə tam yararsız olduğundan sökülərək, yerində yeni binanın tikintisinə başlanıb. Hazırda burada tamamlama işləri aparılır.

Rayon ərazisindəki məscid və ziyarətgahların əsaslı təmiri və yenidən qurulması istiqamətində də geniş tədbirlər planı hazırlanıb. Belə ki, Binə qəsəbəsində İmam Rza məscidi, Mərdəkan qəsəbəsində Heydər məscidi təmir olunaraq istifadəyə verilib.

Hazırda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zirə qəsəbəsində Cümə məscidinin yenidən qurulmasına başlanılıb.