Cümə namazından sonra partlayış - 1 ölü, 70 yaralı + Yenilənib

cume-namazindan-sonra-partlayis
Oxunma sayı: 1643

Liviyanın Benqazi şəhərində partlayış olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, partlayışa səbəb şəhər məscidinin çıxışında minalanmış maşının işə salınması olub. Yerli polis onlarla insanın öldüyünü və yaralandığını açıqlayıb.

***

Əbu-Hureyrə məscidinə edilən hücumda iki çanta dolusu partlayıcı maddə istifadə edildiyi müəyyənləşib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 70 nəfər isə yaralanıb.

Xatırladaq ki, Benqazidə yanvarda təşkil edilən iki bombalı hücumda 37 nəfər ölmüş, 73 nəfər isə yaralanmışdı.