Cümhuriyyətin 100 illik tədbiri xaricdə də keçirilir

Cümhuriyyətin 100 illik tədbiri xaricdə də keçirilir
Oxunma sayı: 445

Albaniyanın paytaxtındakı Tirana Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransda universitetin tələbə və müəllim heyəti, Albaniya dövlət qurumlarının və Tiranadakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin dövlət quruculuğu siyasətindən, müasir Azərbaycan dövlətinin inkişafı, görülən işlər və dünyaya nümunə olan multikulturalizm ənənələrindən danışılıb. Həmçinin XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan və alban xalqlarının keçdiyi dövlətçilik yolunun bənzərliyinə də toxunulub.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi