Cümhuriyyətin 100 illiyi tədbirləri davam edir

cumhuriyyetin-100-illiyi-tedbirleri-davam-edir
Oxunma sayı: 880

YAP Nərimanov rayon təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər veri ki, tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov rayon İcra Başçısının müavinləri İradə Mahmudova, İlqar Mirzəyev, YAP Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, rayon ictimaiyyəti və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Təmraz Tağıyev xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin mürəkkəb bir dövrdə meydana gəldiyi və çox çətin şəraitdə fəaliyyət göstərdiyini qeyd edib. 

Sonra İcra Başçısının müavini İradə Mahmudova və YAP Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova çıxış edərək bildirdilər ki, Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv etdi. Bütün vətəndaşların hüquq bərabərliyi təmin olundu. Qadınlara kişilərlə bərabər seçki hüququ verildi. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması ölkə rəybərliyi tərəfindən ümumən Azərbaycanın dövlətçilik ənənlərinə, xüsusilə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə necə yüksək dəyər verilməsinin növbəti sübutudur.
Sonda xatirə şəkli çəkildi və tədbir başa çatdı.