Cüt bacılar aparıcılıq edəcək

cut-bacilar-apariciliq-edecek
Oxunma sayı: 3939

 

“Qafqazinfo”nun məlumatına görə, bacılar “Xəzər TV”də yayımlanacaq “Hər şey daxil” proqramı ilə efirə çıxacaqlar.

“Artıq bizi tamaşaçılar aparıcı kimi də görəcək. Ailəmizin xəzəri olan “Xəzər” TV-dən bizə təklif gəlib. İnanın, bizim də bir neçə ay əvvəl ağlımızda maraqlı bir layihə var idi. Müəyyən səbəblərdən kanala bu istəyimizi bildirə bilmədik. Bu cür təklifi çox müsbət qarşıladıq. Bizə inandıqları üçün “Xəzər TV” ailəsinə təşəkkür edirik. İyunun 2-dən həftəiçi 5 gün 2 saat tamaşaşılarla canlı ünsiyyətdə olacağıq. “Hər şey daxil” adlanan verilişdə nələr olacağı sirr olaraq qalsın. Tamaşaçıları bir az intizarda saxlayaq”-, deyə bacılar yeni işlərindən söhbət açıblar.


Könül