Da Vinçinin 450 milyonluq əsərini kimin aldığı bilindi

Da Vinçinin 450 milyonluq əsərini kimin aldığı bilindi
Oxunma sayı: 1473

Bu yaxınlarda satılan Leonardo Da Vinçinin 500 illik əsəri olan “Salvator Mundi”nin yeni sahibi bəlli olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 450,3 milyon dollara satılan İsanın portreti Fransadan başqa Luvr adını daşıyan muzeyə sahib Birləşmiş Ərəb Əmirliyinə gedib. 

Əbu-Dabidə yerləşən muzey ötən gün sosial şəbəkədəki hesabından ingilis, fransız və ərəb dillərində əsəri aldıqlarını bəyan edib, lakin kim tərəfindən alındığını açıqlamayıb. 

New York Times isə alıcının şahzadə Bader bin Abdulla bin Muhammed bin Farhan əl-Saud olduğunu yazıb.  Şahzadənin ölkəsində İslam xaricində başqa dinə rəsmi ibadət qadağandır. 

Qeyd edək ki, BƏƏ Luvr muzeyinin adını almaq üçün Fransaya 525 milyon dollar ödəyib. 

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi