Dadaş Dadaşlinski əslində o imiş - Fotolar

dadas-dadaslinski-eslinde-o-imis
Oxunma sayı: 13242

Son günlər İctimai TV-də yayımlanan “3 D” layihəsi sosial şəbəkələrdə səs-küy yaradıb. 

Azərbaycan teleməkanında ilkə imza atan, 3 D animasiyası ilə hazırlanmış şərti aparıcı Dadaşlinski Dadaş Dadaş oğluna facebook profili də açılıb və məlumat yerində “Heç kimin soruşa bilmədiyini mən soruşacağam! Hadisələrə heç kimin baxmadığı bucaqdan baxacağam”, - şərhi yazılıb. 

Bir neçə gündür ki, hər kəsdə həmin aparıcının kimliyi ilə bağlı sual ortaya çıxıb.  

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Dadaş Dadaşlinski obrazının səsini film sektorunun tanınmış siması Tural Sevdimalı səsləndirir. O, eyni zamanda sözügedən layihənin rəhbəridir. 

Tural bundan əvvəl “Oğlan Evi”,  “Qız Qalası” filmləri, “Ər və Arvad” serialının ssenari müəllifi olub.