Dadaşovun ailəsinə ömürlük yardım ediləcək

dadasovun-ailesine-omurluk-yardim-edilecek
Oxunma sayı: 4720

Rusiya Boks Federasiyasının prezidenti postunu tutan Umar Kremlev ABŞ-da xəstəxanada ölən boksçu Maksim Dadaşovla bağlı açıqlama verib.

“Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, Federasiya rəhbəri idmançının ailəsinə başsağlığı verərək onlara ömürlük yardım ediləcəyini bildirib:

“Biz Maksim Dadaşovun ailəsinə ömürlük yardım edəcəyik. Onun ailəsinə dəstəyimizi göstərəcəyik”.

Xatırladaq ki, Dadaşov iyulun 19-da rinqdə Sabriel Matiasla qarşılaşması zamanı başından aldığı çoxsaylı zərbələrdən komaya düşüb. Boksçunun dünən xəstəxanada ürəyi dayanıb.

Maksim Dadaşov 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının iştirakçısı olub.