Dağda itkin düşən ər-arvad 75 il sonra tapıldı Video

dagda-itkin-dusen-er-arvad-75-il-sonra-tapildi-video
Oxunma sayı: 660

1942-ci ildə İsveçrədə 40 yaşlı Marselin Dumolin və 37 yaşlı həyat yoldaşı Fransine Alp dağlarında inək ortadıqları vaxt itkin düşüblər.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, 7 uşağın ata və anasının donmuş cəsədləri ötən həftə 2615 metr hündürlükdə aşkarlanıb.

Cütlüyün yıxılaraq buzların arasına düşdüyü ehtimal edilir. Ötən həftə buz əridikdən sonra cəsədlər üzə çıxıb.

Cəsədlər tibbi ekspertizadan sonra dəfn ediləcək.