Dağıstan lideri Həbibə köməkçisi olmağı təklif edib

dagistan-lideri-hebibe-komekcisi-olmagi-teklif-edib
Oxunma sayı: 1770

Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev UFC çempionu Həbib Nurməhəmmədova yüksək vəzifə təklif edib.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Vasilyev idmançını öz köməkçisi kimi görmək istəyir. Xəbəri təsdiqləyən Nurməhəmmədov bu məsələnin növbəti görüşdə daha ətraflı müzakirə ediləcəyini deyib: “Bəli, Dağıstan liderinin mənə köməkçisi postunu təklif etdiyi doğrudur. Lakin bu barədə tezliklə baş tutacaq növbəti görüşümüzdə danışacağıq”. 

Xatırladaq ki, çempion Həbib Nurməhəmmədov Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyevin göstərişi ilə “yüksək idman nailiyyətlərinə görə” mükafatına layiq görülüb.

Aysel Kərimova