Dağıstan silkələndi, Şəkidə hiss olundu

dagistan-silkelendi-sekide-hiss-olundu
Oxunma sayı: 1980

Sentyabrın 23-də Şəkidən 22 km şimal-şərqdə Dağıstan ərazisində zəlzələ olub.

“Qafqazinfo” Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 15:40-da qeydə alınıb.

Ocağı 9 kilometr dərinlikdə yerləşən zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.