Dağıstanda 2 silahlı zərərsizləşdirilib

dagistanda-2-silahli-zerersizlesdirilib
Oxunma sayı: 655

Dağıstanda polislə silahlılar arasında atışma olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 silahlı zərərsizləşdirilib.

İnsident Dağıstanın Xasaryurt şəhərində qeydə alınıb.

İlkin məlumata görə, polis şühbəli avtomobili saxlayıb. Maşının içərisində olan şəxslər isə polisə atəş açıblar.

Təhlkəsizlik qüvvələri artıq öldürülən cinayətkarların şəxsiyyətini müəyyən edib.