Dağıstanda 72 uşaq xəstəxanalıq olub

dagistanda-72-usaq-xestexanaliq-olub
Oxunma sayı: 1195

Dağıstanda 89 nəfər kəskin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, xəstələrin vəziyyəti yüngül və orta-ağır dəyərləndirilir. 

İnfeksiyaya yoluxanların əksəriyyəti - 72-si uşaqdır. 

Dağıstanın Səhiyyə naziri Camaludin Hacıibrahimov situasiyanı nəzarətə götürüb. Respublikanın rəhbəri Artem Zdunov operativ qərargahın iclasını toplayıb. 

Mütəxəssislər infeksiyanın mənbəyini müəyyən etməyə çalışırlar.