Dağıstanda azərbaycanlı terrorçu öldürüldü- - Video+Fotolar

dagistanda-azerbaycanli-terrorcu-olduruldu-
Oxunma sayı: 4674


“Xasavyurt hərbi dəstəsi”nin başçısı, azərbaycanlı səhra komandiri Tural Atayev Dağıstanda həyata keçirilmiş xüsusi əməliyyat nəticəsində öldürülüb. Ondan başqa daha 4 yaraqlı öldrülüb.

“Qafqazinfo” Virtualaz.org saytına istinadən bildirir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.

Xəbərdə deyilir ki, döyüş zamanı 5 cinayətkar zərərsizləşdirilib: “İlkin olaraq əsas diqqət onların şəxsiyyətinin müyyənləşdirilməsinə yönəldilib. Onların arasında “Xasavyurt qruplaşması”nın başçısı olan 1988-ci il təvəllüdlü Tural Atayev də var. O, Azərbaycan vətəndaşıdır. Atayev ötən ilin dekabrında Pyatiqorksdakı terror aktının təşkilatçılarından biri olub”.

Tural Atayevin dəstəsinin Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarına çoxsaylı hücumların təşkilində əli olduğu bildirilir. Bu dəstə həmçinin sahibkarlardan iri məbləğdə pul qoparmaqda, partlayışların təşkilində günahlandırılır.  Bu qrupa qarşı əməliyyatlarda Rusiya DİN-in bir əməkdaşı qətlə yetirilib, biri də yaralanıb. Dinc əahli arasında ölən yoxdur.